Goranboy və Beyləqan rayonlarında ölümlə nəticələnən yanğın hadisələri baş verib.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 399 dəfə oxunub.