Azərbaycana kərə yağının idxalı 29% azalıb

Azərbaycana kərə yağının idxalı 29% azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
 
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verilib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.
2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.


Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR