Azərbaycana gəlmək üçün e-turist vizası alanların sayı 45 minə çatdı

Azərbaycana gəlmək üçün e-turist vizası alanların sayı 45 minə çatdı

2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb.

Akttual.az Trend- ə istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Sistemin yaradılmasında məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı turpaketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır.

Hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir. Lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.

Elektron turist vizası Mədəniyyət və Turizm Nazirliyinin akkreditasiyasından keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb-səhifələrində yerləşdirilir.

Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, e-mail və ya turizm şirkətlərinin veb-səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə e-mail vasitəsilə elektron turist vizasını əldə edə bilir. Elektron turist vizası pasporta yapışdırılmır.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR