Azərbaycan yollarında bazar günü qırğını: 4 ölü, 30 yaralı

Azərbaycan yollarında bazar günü qırğını: 4 ölü, 30 yaralı

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər ölüb.

 Lent.az xəbər verir ki, dünən səhərdən bu gün səhər saatlarınadək respublika yollarında 18 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən şəxslərdən başqa daha 30 nəfər xəstəxanaya yerləşdirilib.
 
Ölümlə nəticələnən qəzalar Siyəzən və Gədəbəy rayonlarında, eləcə də Sumqayıt şəhərində baş verib. Dünən axşam saatlarında Sumqayıtın 20-ci məhəllə adlanan hissəsində naməlum avtomobil piyadanı vuraraq öldürüb. Gədəbəyin Çayqarışan adlı ərazisində isə "Niva"nın aşması sürücünün ölümünə səbəb olub. Bu gün səhər saatlarında Siyəzən avtomobilin aşması isə 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnib.
 
Hər bir faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR