Azərbaycan yeyinti məhsullarının idxalını azaltdı

Azərbaycan yeyinti məhsullarının idxalını azaltdı

Bu ilin yanvar ayında Azərbaycana yeyinti məhsullarının idxalı 68 356,38 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,44% azdır.

Aktual.az Report-a istinadən xəbər verir ki, hesabat dövründə ət, süd, kərə yağı, çay, buğda idxalında azalma, meyvə-tərəvəz, şəkər, bitki, heyvan mənşəli piy və yağ idxalında artım müşahidə olunub.

Ət idxalı 21,93% azalaraq 1 535,91 min dollar, süd - 23,3% azalaraq 452,18 min dollar, kərə yağı - 53,83% azalaraq 1 228,03 min dollar, çay - 7,28% azalaraq 832,91 min dollar, buğda - 63,15% azalaraq 9 235,2 min dollar olub.

Bu müddətdə şəkər idxalı 70,63% artaraq 8 984,09 min dollar, meyvə-tərəvəz idxalı 2,4 dəfə artaraq 12 410,71 min dollara çatıb.

Komitənin məlumatına əsasən, ölkə üzrə cəmi idxal 442 808,17 min dollar təşkil edib ki, bunun da 15,44%-i yeyinti məhsullarının payına düşüb və bu, analoji ötən ilki göstəriciyə nisbətən 2,52 faiz bəndi çoxdur.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR