Azərbaycan yeni vaqonlar aldı

Azərbaycan yeni vaqonlar aldı

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir.


Aktual.az Trend-ə istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Bu məqsədlə 2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə "Uralvaqonzavod"dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır. Qısa zaman kəsiyində (on bir ay ərzirdə) vaqonların hamısı ölkəmizə gətirilmişdir.

Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilmişdir.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR