Azərbaycan xam neft ixracını kəskin artırıb

Azərbaycan xam neft ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 9 338,941 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Aktual.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulların dəyəri 4 631,311 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 81,94%-ni tutub.
Bu ilin 4 ayında ixrac olunan xam neftin miqdarı illik müqayisədə 44%, dəyəri isə 77% artıb.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR