Bu ilin sentyabr ayında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 27,23% azdır.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.
Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İngiltərə, Əfqanıstan, Almaniya, İran, Ukrayna və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.
Belə ki, İraq vətəndaşları Türkiyədən 230, Səudiyyə Ərəbistanı vətəndaşları 140, Rusiya vətəndaşları 99, Küveyt vətəndaşları 85, İngiltərə vətəndaşları 84, Əfqanıstan vətəndaşları 64, Almaniya vətəndaşları 61, İran 42, Ukrayna 42 mənzil alıb.
Türkiyədən ev alanların siyahısında 14-cü yerdə Azərbaycan qərarlaşıb. Sentyabrda həmvətənlərimiz qardaş ölkədən 37 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,93% azdır.
Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 465 mənzilə sahiblik hüququ əldə ediblər. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 103 mənzil və ya 18,13% azdır.
Aktual.az
Xəbər 1224 dəfə oxunub.