Azərbaycan sement idxalını 50%-dən çox azaldı

Azərbaycan sement idxalını 50%-dən çox azaldı

Bu il 212,4 min ton sement istehsal edilib.

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 212,4 min ton sement istehsal edilib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 44,6% azdır. 2016-cı ilin martın 1-nə olan hazır məhsul ehtiyatı isə 48,5 min ton təşkil edir.

Aktual.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-fevral ayı üçün açıqladığı hesabatda yer alıb.

Bundan başqa, cari ilin ilk 2 ayında Azərbaycana 1 milyon 559 min dollar dəyərində sement idxal edilib, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 52,43% azalma deməkdir. Sementin 2016-cı ilin ilk 2 ayının ümumi idxalına nisbətən payı isə cəmi 0,16% təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin ilk 2 ayında Azərbaycana cəmi 3 milyon 277 min dollar dəyərində sement idxal olunmuşdu.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR