"Növbəti ildən Azərbaycanda qohum olmayan şəxslər arasında da sümük iliyi transplantasiyası həyata keçiriliəcək”.
Aktual.az "Report”-a istinadən xəbər verir ki, bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib.
O bildirib ki, mərkəz Avropa Sümük İliyi Bankına üzv olub:
"Biz artıq Avropa Sümük İlliyi Bankının üzvüyük. İndiyədək sümük illiyi transplantasiyası yalnız bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük illiyi uğurla köçürülüb. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirək”.
N.Əliyeva vurğulayıb ki, donorlar arasında ilk dəfə 6 aylıq körpə də olub.
Aktual.az
Xəbər 1774 dəfə oxunub.