Azərbaycan şabalıdını daha çox hansı ölkələr alır?

Azərbaycan şabalıdını daha çox hansı ölkələr alır?

"Azərbaycanda şabalıdın əkin sahəsi 2016-cı ildə 391.7 ha (yeni salınmış bağlar 11,3 ha), istehsalı 763.4 ton, məhsuldarlığı isə 20.5 sen/ha olub".

Aktual.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli deyib.
S.Səfərli bildirib ki, şabalıd əsasən Şəki-Zaqatala bölgəsində becərilir (380 ha), həmçinin az miqdarda Quba (9 ha) və İsmayıllı (1 ha) rayonlarında mövcuddur. Onun sözlərinə görə, ən çox isə şabalıd Qəbələ (214 ha), Zaqatala (60 ha), Şəki (45 ha) Oğuz (35 ha) rayonlarında yetişdirilir.
Müdir müavini vurğulayıb ki, Azərbaycan şabalıdı əsasən qabıqlı və qabığı təmizlənmiş halda Türkmənistan və Rusiya Federasiyasına ixrac edir.İdxala gəlincə isə S.Səfərli vurğulayıb ki, Azərbaycan şabalıdı əsasən qabıqlı və qabığı təmizlənmiş halda Çin və Türkiyədən idxal edilir.
Onun sözlərinə görə, Azərbaycanda şabalıdın ixracının çoxalması üçün bağın hər hektarına görə yanacaq, motor yağları üçün 50 manat subsidiya verilir, həmçinin bağlarda istifadə olunan gübrələrin və pestisidlərin dəyərinin 70 %-i (gübrələr üzrə hektara 100 manat, pestisidlər üzrə hektara 10 manat həddində) dövlət tərəfindən qarşılanır.
 

Aktual.az

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR