"Azərbaycan neft hasilatını dondurmağa hazırdır"


Neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “TASS” agentliyinə deyib. 

“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə Natiq Əliyev bildirib.

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR