Azərbaycan neft hasilatını azaltdı

Azərbaycan neft hasilatını azaltdı

Statistika Komitəsi məlumat yaydı.

Azərbaycanda 2016-cı ilin I rübündə neft hasilatı 10 milyon 520,2 min ton olub ki, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,5% azdır.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, əmtəə neftinin 2016-cı ilin I rübü üçün hasilatın həcmi 10 milyon, 506,2 min ton olub (azalma 1,5%) .

2016-cı ilin I rübündə qaz hasilatı 7 milyard 556,8 milyon kubmetr olub (2% artım). Bununla yanaşı, əmtəə qazının hasilatı hesabat dövründə 4 milyard 838,9 milyon kubmetr (azalma 7,9%) olub.

2015-ci ildə Azərbaycanda qaz kondensantı da daxil olmaqla neft hasilatı 41 milyon 689 min ton, qaz hasilatı 29 milyard 742,7 milyon kubmetrdən ibarət olub.

Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatını 40 milyon 744,9 min ton, qaz hasilatını 29 milyard 345 milyon kubmetr həcmində proqnozlaşdırır.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR