Azərbaycan meyvə-tərəvəz istehsalını artırdı

Azərbaycan meyvə-tərəvəz istehsalını artırdı

2015-ci il iyulun 1-nə Azərbaycanda 288 663 ton kartof, 382 930 ton tərəvəz, 37 413 ton bostan, 93 140 ton meyvə, 273.4 ton yaşıl çay yarpağı və 76.5 ton tütün məhsulu yığılıb. 

Aktual.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yaydığı bitkiçilik sahəsində 2015-ci ilin I yarısında görülmüş işlər haqqında hesabatda qeyd olunub.

Bundan başqa, KTN qeyd edib ki, kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10.7, 11.8, 2.6, 18.7 və 30.5% artıb, bostan məhsulları istehsalında isə hələlik 15% azalma müşahidə olunub. 

“Yığım davam edir” - nazirlikdən bildirilib. 

Bununla belə, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycan bu ilin 6 ayında 125 milyon 513.04 min dollar dəyərində meyvə-tərəvəz ixrac edib, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 2,2 milyon dollar və ya 1,8% çoxdur. 

DGK qeyd edib ki, ixracla müqayisədə, Azərbaycan meyvə-tərəvəz idxalını artırıb:

Belə ki, komitənin məlumatına görə, 2015-ci ilin I yarısında 36 milyon 783.19 min dollar dəyərində meyvə-tərəvəz alıb. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 21 milyon 761,2 min dollar çoxdur. 

 
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR