Azərbaycan mebel idxalını 16% artırıb

Azərbaycan mebel idxalını 16% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13,447 mln. ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

"Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin müvafiq dövründən 15,9%, yaxud da 1,842 mln. dollar çox olub.
Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,93% olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib.
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR