Azərbaycan ixrac xərclərini azaldacaq

Azərbaycan ixrac xərclərini azaldacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi dünən keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.

Aktual/az Trend-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda, iclasda nazirlik ixrac xərclərinin azaldılması məqsədilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara alıb.

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR