Azərbaycan İsraildən tank əleyhinə vertolyot raketləri aldı

Azərbaycan İsraildən tank əleyhinə vertolyot raketləri aldı

Azərbaycan Ordusu "Mi-17" nəqliyyat-döyüş vertolyotları üçün İsrailin yarıaktiv lazer tuşlama sisteminə malik LAHAT tank əleyhinə raket komleksini (TƏRK) silahlanmaya qəbul edib.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə məlumat Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin bloqunda yerləşdirilib.

Qeyd olunur ki, Azərbaycan İsrailin bu kompleksinin vertolyot variantının ilk aşkar xarici sifarişçisi olub.

Vertolyotlar iki dörddaraqlı LAHAT TƏRK yaylım qurğusu və MOSP-3000D elektron-optik aşkarlama və tuşlama stansiyası daşıyır. 105 mm. kalibrli LAHAT raketi 975 mm uzunluğa və 13,5 kq. çəkiyə malikdir. Raketin döyüş başlığının çəkisi 2,5 kq-dır. Vertolyot variantında atəş məsafəsi təqribən 13 km-dir. Raketin vertolyot variantı 2004-cü ildə bazara təqdim olunub.

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR