Azərbaycan İranda dəmir yolu yük stansiyasının inkişafına 60 milyon dollar yatıracaq

Azərbaycan İranda dəmir yolu yük stansiyasının inkişafına 60 milyon dollar yatıracaq

Azərbaycan İranın Gİlan vilayətində Astara dəmir yolu yük stansiyasının inkişafına 60 milyon dollar yatıracaq.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu "İran Dəmir Yolları"nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.
Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu layihəsinin inspeksiyası zamanı Aşuri deyib ki, stansiyanın istismarı yüklərin daşınması üçün Azərbaycanca 15 il müddətinə verilib.O, həmçinin, bildirib ki, dəmir yolunun bu hissəsi cümə axşamı günü İran prezidentinin Azərbaycana səfəri çərçivəsində açılacaq və Rəşt-Astara dəmir yolunun layihəsinin reallaşdırılmasına 500 milyon dollar həcmində saziş imzalanacaq.
Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR