Azərbaycan institutunun məzunu Anqola prezidentliyindən gedir

Azərbaycan institutunun məzunu Anqola prezidentliyindən gedir
  • DÜNYA

1979-cu ildən Anqolaya rəhbərlik edən Joze Eduardu duş Santuş 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Anqolanın hakim partiyası olan Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının (MPLA) açıqladığı sənəddə prezidentliyə namizədlərin siyahısında hazırkı dövlət başçısının adı yoxdur.

MPLA rəhbərliyi partiyanın prezidentliyə əsas namizədinin müdafiə naziri Joau Lourenko olduğunu bəyan edib.

Qeyd edək ki, 74 yaşlı Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun məzunudur (1963-1969). O, tələbə vaxtı institutda Anqolanın azadlığı uğrunda dərnəyə rəhbərlik edib. Neft mühəndisi olan prezident heç vaxt öz ixtisası üzrə işləməyib.
 
Aktual.az 
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR