Azərbaycan ildə nə qədər turist qəbul edə bilər?

Azərbaycan ildə nə qədər turist qəbul edə bilər?

Azərbaycan ildə 3,5 milyonadək turisti qəbul etmək potensialına malikdir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bu nəticələrə çatmaq üçün Azərbaycanın turizm sektoru inkişaf etməlidir:

"Bizdə üç ulduzlu mehmanxana təsərrüfatı yavaş inkişaf edir. Bu cür mehmanxanaların sayı artmalıdır. Azərbaycan enerji sektorunu fəal şəkildə inkişaf etdirdiyi üçün ölkəyə enerji biznesi ilə bağlı şəxslər səfər edirdi. Bununla bağlı olaraq, Azərbaycanda beş ulduzlu hotellər tikilib".
 
Aktual.az
Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR