"Azərbaycan Dəmir Yolları"nın strukturuna dair iki il əvvəlki qərara düzəliş edilib


"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus "Əsaslı Təmir” MMC "Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin ləğv edilərək ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
Aktual.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.
Bununa da, "Azərbaycan Dəmir Yolları"nın strukturuna dair iki il əvvəlki qərara düzəliş edilib. Belə ki, 2021-ci ilin əvvəllərində səhmdar cəmiyyəti "Əsaslı Təmir”in ləğv edilərək "Əsaslı Tikinti və Texniki Nəzarət”ə qoşulmasına qərar vermişdi.
Xatırladaq ki, "Əsaslı Təmir” 2010-cu ildə, "Əsaslı Tikinti və Texniki Nəzarət” 2000-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı 100 manatdır.

Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR