Azərbaycan CAR-dan 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları aldı

Azərbaycan CAR-dan 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları aldı

Ötən il Cənubi Afrika Respublikasının Azərbaycana satdığı silahların məbləği açıqlanıb.

Aktual.az APA-ya istinadən bildirir ki, Adi Silahlara Nəzarət Milli Komitəsinin hesabatına əsasən, Cənubi Afrika Respublikası Azərbaycana təxminən 1,7 milyon dollar dəyərində zirehli döyüş maşınları, 1 milyon dəyərində ağır silahlar və 2,4 milyon dollar dəyərində xəbərdaredici avadanlıqlar (cəmi 5,1 milyon dollar) satıb.

Bu ölkənin ötən il ərzində silah satışı ümumilikdə 174 milyon dollara yaxın olub.

Azərbaycanla yanaşı, Keniya, İraq, Nigeriya, Burundi kimi münaqişə zonalarına da silah tədarük edilib.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR