Ölkədə nüfuzlu biznes müsabiqələri sırasında
olan "Azərbaycan Biznes Keys Yarışması”nın bir qrup iştirakçısı Azercell-də təlimə
qatılıb. Təlim sessiyası "Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə Edilməsi
departamentinin əməkdaşları tərəfindən aparılıb. İnsan Kapitalının İdarə Edilməsi
departamentinin İstedadların İdarə Edilməsi üzrə
konsultantı Aytən Fərzəliyeva ölkənin lider mobil operatorunun fəaliyyəti
və strukturu barədə tələbələri ətraflı şəkildə məlumatlandırıb. İstedadların
Cəlb Edilməsi və Professional İnkişaf şöbəsinin mütəxəssisi Vahida Orucova isə sessiya zamanı işə
qəbul və seçim prosesi, əmək bazarında mövcud tendensiyalar və digər aktual
mövzulara toxunub. Həmçinin görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında maraqlı diskussiyalar
aparılıb.
İştirakçı komandalar yarışmaya dəstək olan sponsor şirkətlər tərəfindən
biznesin təhlili, strategiyanın qurulması, təqdimat bacarığı və digər
mövzularda təşkil edilən təlimlərə qatılacaq.
Qeyd edək ki, "Azərbaycan
Biznes Keys Yarışması” ali təhsil ocaqlarının maliyyə, biznes, iqtisadiyyat
sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır.
"Azercell Telekom" MMC təhsilə
və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşır. Bir sıra ali təhsil
mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin
innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr
olaraq yetişdirilməsinə öz töhfəsini verir.
Daha ətraflı
məlumat üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi
və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda
4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə
dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə
əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk
dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi,
mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri,
Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri,
sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan
İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil
olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə
keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq
sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in
4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər
nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn
People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Xəbər 118 dəfə oxunub.