Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3 506 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 075 ədəd və yaxud 2,5 dəfə çoxdur.
Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 19 ədədi və yaxud 0,54%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 158 ədədi və yaxud 90,07%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi və yaxud 9,01%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi, yaxud 0,37%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin birinci rübünə nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 6 ədəd və yaxud 24% azalıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,67 dəfə və yaxud 1 973 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 121 ədəd və yaxud 62,05% artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 13 ədəd və yaxud 2 dəfə azalıb.
 
Aktual.az
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR