Azərbaycan 6 gəmi alır

Azərbaycan 6 gəmi alır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir, beynəlxalq standartlara cavab verən və çevik bir şirkətə çevrilməsi üçün qarşıya qoyulan vəzifələr donanmanın yeniləşdirilməsi prosesini, eləcə də Qara dəniz-Aralıq dənizi hövzəsində istismar edilən gəmilərin sayının artırılmasını qaçılmaz edir.


Aktual.az bildirir ki, bu barədə "Xəzər Dəniz Gəmçiliyi" QSC-dən report-a daxil olan məlumatda deyilib.

Beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər Gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 5 500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri ilə eyni layihədəndir. Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır.

Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR