Azay Quliyevin Seçki Qərargahı fəaliyyətə başlayıb

Azay Quliyevin Seçki Qərargahı fəaliyyətə başlayıb

Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Azay Quliyevin Seçki Qərargahı bu gündən aktiv fəaliyyətə başlayıb.

Qərərgahdan verilən məlumata görə, təbliğat-təşviqat kampaniyasına peşəkar komanda ilə start verən Seçki Qərargahında cəmiyyətimizdə tanınan nüfuzlu ictimai xadimlər, ziyalılar və könüllülər birləşib.

Umud Rəhimoğlu, Vaqif Mustafayev, Sevda Tahirli, Əvəz Həsənov, Həmid Mehdiyev, Firudin Məmmədov və Elvin Aslanov Azay Quliyevin vəkilləridir. Mərkəzi Seçki Qərargahının rəhbəri Asif Əsgərli, mətbuat xidmətinin rəhbəri Aqil Camaldır.

Təbliğat-təşviqat kampaniyası dövründə Azay Quliyevin seçicilərlə seçki dairəsinin bütün ərazisini əhatə edən müxtəlif formatlı görüşlərinin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, dairə ərazisində deputatlığa namizədin dörd Seçki Qərargahı fəaliyyət göstərir. Qərargahlarda təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə aparılması, həmçinin, seçicilərin səlahiyyətli şəxslərlə, vəkillərlə fərdi və qrup halında görüşmələri üçün hər cür şərait yaradılıb.\trend

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR