AZAL yenilənmiş yay uçuş cədvəlini təqdim edir

AZAL yenilənmiş yay uçuş cədvəlini təqdim edir

Bu gün "Azərbaycan Hava Yolları" Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəlini dərc edib.

Xatırladaq ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.
Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] e-mailinə yazmaq xahiş olunur. Reyslərin gəliş və uçuş cədvəlini hava limanının fasiləsiz məlumat xidmətinə aşağıdakı telefon nömrəsi ilə zəng edərək müəyyənləşdirmək mümkündür:  (+99412) 497-27-27

Yay uçuş cədvəli ilə tam şəkildə aşağıdakı linkdə tanış olmaq olar:

http://www.azal.gov.az/upload/pdf/Summer_Timetable_AZAL_AZALJET_AZ.pdf

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR