AZAL-dan böyük uğur: yalnız "Lufthansa"ya uduzur

AZAL-dan böyük uğur: yalnız

Moskvanın "Domodedovo" hava limanı ənənəvi olaraq aviaşirkətlər arasında keçirilən punktuallıq müsabiqəsinə yekun vurub.

Yerli şirkətlər arasında müsabiqənin qalibi "S7 Airlines" aviaşirkəti olub. Belə ki, aviaşirkət avqust ayında 3206 dəqiq reys yerinə yetirib.

Xarici aviaşirkətlər müsabiqəyə ayrı qrupda iştirak edir. Xarici aviaşirkətlər arasında ən punktual "Lufthansa" olub. Belə ki, Almaniya aviaşirkəti 164 dəqiq reys yerinə yetirib. İkinci yerdə ay ərzində 87 dəqiq reys yerinə yetirən AZAL qərarlaşıb. Üçüncü yerdə isə "İberia" yer alıb. Şirkət 51 punktual reys yerinə yetirib.

///apa

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR