Azad Rəhimov Formula 1-ə ayrılan vəsaiti açıqlayıb

Azad Rəhimov Formula 1-ə ayrılan vəsaiti açıqlayıb
  • İDMAN

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat civarında vəsaitin ayrılması təsdiqlənib.


Aktual.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu günədək Formula 1 üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək xərclənib. O, Azadlıq Meydanında pit-stopun tikintisi üçün tender elan ediləcəyini söyləyib. A.Rəhimov ümumi büdcənin 3-4 aya formalaşacağını da açıqlayıb.
Təxminən 30 min biletin satışa çıxarılacağını deyən nazir qiymətlərin 19 manatdan başlayacağını əlavə edib.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR