Çayların suyu 50 sm-ə qədər artdı

Çayların suyu 50 sm-ə qədər artdı

Bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 512 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 353 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 184 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda 11, Bankədə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2016-cı il mayın 12-də 434 sm), Şirvanda 239 sm, Salyanda 156 sm (2016-cı il mayın 12-də 277 sm), Bankədə 195 sm (2016-cı il mayın 12-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il mayın 12-də 160 sm) təşkil edir.
 
Aktual.az
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR