Çaylarda sululuğun səviyyəsi açıqlandı

Çaylarda sululuğun səviyyəsi açıqlandı

Bu gündən etibarən Azərbaycanda çayların suyunun səviyyəsində enmə başlayacaq.

Aktual.az-ın xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün səhər Kür çayının yuxarı hissəsində suyun səviyyəsi 16 sm, Qanıx çayının yuxarı hissəsində 4 sm artıb.
Bu artımın elə də böyük olmadığını deyən baş hidroloq qeyd edib ki, Kiçik Qafqazın şimal-şərq yamacından axan Zəyəmçayda suyun səviyyəsi 5 sm artıb, Kürəkçayda, Gəncəçayda 2 sm azalıb. Böyük Qafqaz dağlarından axan Qudyalçayda suyun səviyyəsi 1, Vəlvələçayda 6 sm azalıb.
A.Verdiyev deyib ki, dünən axşam Viləşçayda suyun səviyyəsində kəskin artım olub. Səhər saatlarında isə çayda suyun səviyyəsində 70 sm azalma qeydə alınıb. Bu bölgədəki Lənkərançayda isə suyun səviyyəsi 20 sm artıb.
Çaylarda suyun səviyyəsinin artmasının son günlər yağan yağıntılarla əlaqədar olduğunu deyən A.Verdiyev əlavə edib ki, oktyabr-noyabr ayı Lənkəran-Astara bölgəsinə ən çox yağıntıların düşdüyü vaxtdır: "Lənkəran-Astara bölgəsində çaylarda suyun səviyyəsi bundan da yüksək olub. Əvvəlki illərdə də sentyabr-oktyabr aylarında bu çaylarda suyun səviyyəsinin yüksəlməsi ilə əlaqədar subasma hadisələri olub”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artdığından Lənkəran və Astarada fərdi evləri su basıb, 367 nəfər təhlükəsiz yerlərə təxliyyə edilib.
 
Aktual.az
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR