İyrənc fikirlərdir. Çox gülməli, pis yerlərə aparan sözlərdir. Bu cür fikirlər lazım deyil".
Aktual.az big.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Xəzər maqazin" verilişinə açıqlamasında deyib.
Müğənni ifaçı Rəqsanə İsmayılovanın "müğənnilərin sponsorları sevgililəridir" sözlərinə əsəbiləşib:
"Bu söz nə qədər insana şamil olundu, ünvanlandı. Rəqsanə səhnəyə gələndə sponsoru sevgilisi olub. Bu da qisməti olub. Bir insanda belədirsə, hamıya şamil etmək yanlışdır. Tamaşaçının müğənnisi haqqında belə fikirdə olması düz deyil. Sponsorla tək müğənni yox, verilişlər də çalışır. İnvestorlar var ki, konsertlərə pul qoyur. Etməyin belə söhbətlər. Düşünürəm ki, mənim örnək olacaq xasiyyətlərim var, onları götürə bilərlər. Amma mən də insanam, çatışmayan cəhətlərim, kaprizlərim var. Onları örnək götürmələrini istəmirəm. Biz səhnədə özümüz olmuruq. Hansısa xanımın həyatını yaşayırıq. Bizi ideallaşdırmasınlar".