Çavuşoğlu Çindən İrəvana Qarabağ mesajı göndərdi

Çavuşoğlu Çindən İrəvana Qarabağ mesajı göndərdi

Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli mövqeyindən çıxış edir.

AzVision.az Türk KİV-nə istinadən xəbər verir ki, bunu Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir. Biz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini gözləyir və ümid edirik", — deyə türkiyəli nazir qeyd edib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR