Çavuşoğlu: Erməni dostlarımız heç vaxt dürüst olmurlar

Çavuşoğlu: Erməni dostlarımız heç vaxt dürüst olmurlar
  • DÜNYA

Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında Ermənistan deputatı Koryun Nahapetyana cavabında bildirib.

Erməni deputat tədbirdə çıxışı zamanı Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edərək, bu dövlətə qarşı ittihamlar irəli sürüb.

"Fərqli baxışlarımız ola bilər. Ancaq hər şeydən əvvəl dürüst olmağımız lazımdır. Siyasətçi olanda daha çox doğru danışmalı, dürüst olmalısan. Təəssüf ki, erməni dostlarımız dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilirsiniz?! Bu günədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusunu öldürüb?”, -deyə, Mövlud Çavuşoğlu bildirib. 
 
Aktual.az
Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR