Çavuşoğlu Almaniyanı sərt şəkildə tənqid etdi

Çavuşoğlu Almaniyanı sərt şəkildə tənqid etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya Bundestaqının qondarma “erməni soyqırımını” tanıması haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Çavuşoğlu məsələ ilə bağlı Twitter-də yazıb.

“Öz tarixindəki qaranlıq səhifələri bağlamağın yolu məsuliyyətsiz və əsassız parlament qərarları ilə başqa ölkənin tarixini qaralamaq deyil”, - deyə, o, qeyd edib.

Qeyd edək ki, bu gün Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.

Alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.

Xatırladaq ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR