Avtobuslarda yeni cihazlar quraşdırılır

Avtobuslarda yeni  cihazlar quraşdırılır

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Sözügedən sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur.

Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına (Bbak.az) daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər.

Əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR