Avropada təbii qaz fyuçerslərinin qiyməti 5,7 % düşüb.
Aktual.az Londonun "ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 282,2 ABŞ dolları ilə (-6,1 %) başlasa da, sonradan 283,3 ABŞ dollara düşüb (-5,7 %).
Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 300,6 ABŞ dolları) əsasən hesablanır.
Xəbər 431 dəfə oxunub.