Avropa ABŞ-ın donunun altına sığınıb

Avropa ABŞ-ın donunun altına sığınıb
  • DÜNYA

Avropa Birliyi ABŞ-ın köməyi olmadan öz təhlükəsizliyini təmin edə bilməyəcək və Vaşinqtonun NATO-dakı imkanlarını əvəz etmək avropalılara onilliklər və milyardlarla dollarlıq investisiyalara başa gələcək.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri yazıb.
"Avropalılar Vaşinqton olmadan birləşib özlərini müdafiə edə biləcəklərmi? Tarix göstərir ki, onlar sadəcə olaraq əvvəlki vəziyyətlərinə qayıdacaq və xaosa qərq olacaqlar”, - nəşr bildirib.
Qeyd olunub ki, Donald Trampın 2020-ci il seçkilərində məğlubiyyətindən sonra Avropa əvvəlki vəziyyətinə qayıtdı:
"Köhnə transatlantikçi olan Bayden Trampın NATO-ya ziyanını aradan qaldırmağa çalışdı və avropalılara komfort zonasına qayıtmağa imkan verdi. Baydenin isti qucağı avropalılara xəyali təhlükəsizlik hissi versə də, AB silah istehsalını artıra bilmədi. Əvəzində isə Avropa ABŞ donunun altında gizləndi”.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR