Avronun bahalaşması davam edir Azərbaycanda

Avronun bahalaşması davam edir  Azərbaycanda

Bu gün iyunun 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 1,0474 manat səviyyəsində qalıb. 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0011 manat və ya 0,09% bahalaşaraq 1,1911 manat olub.

Qeyd edək ki, sonuncu dəfə avronun məzənnəsində bu səviyyə 2007-ci ildə qeydə alınıb.

Aktual.az

Xəbər 842 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR