Avro-2024-ə ev sahibliyi edəcək ölkə məlum oldu

Avro-2024-ə ev sahibliyi edəcək ölkə məlum oldu
  • İDMAN

Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.


"Report” xəbər verir ki, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan edilib.

Qalibin adını qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.

Almaniya daha əvvəl 1988-ci ildə Avropa çempionatına, 1974 və 2006-cı illərdə isə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR