Avdeyevka dəhşəti: 10 illik əfqan savaşından çox...

Avdeyevka dəhşəti: 10 illik əfqan savaşından çox...
  • DÜNYA

Ukraynanın Avdeyevka şəhəri uğrunda dörd ay davam edən döyüşlərdə Rusiya ordusu SSRİ-nin Əfqanıstanda 10 ildə itirdiklərindən daha çox hərbçi itirib.
Aktual.az xəbər verir ki, bu barədə "Moskva vaxtı" (The Moscow Times) məlumat yayıb.
Hərbi analitiklərin, rusiyalı hərbi blogerlərin və Ukrayna rəsmilərinin hesablamaları göstərir ki, Rusiya Avdeyevka uğrunda gedən döyüşdə Əfqanıstandakı onillik müharibədən daha çox əsgər itirib.
Bildirilib ki, Sovet ordusunun 1979-1989-cu illərdə Əfqanıstanda ölən hərbçilərinin (KQB və DİN əməkdaşları daxil olmaqla – red.) sayı 15 mindən bir qədər çox idi.
Ukrayna "Tavriya” komandanlığının nümayəndəsi Andrey Lixovoy rusların Avdeyevkada 17 min hərbçi itirdiyini, 30 mindən çox əsgərin də yaralandığını bildirib.
Digər tərəfdən, rusiyalı hərbi jurnalist Andrey Morozov da Rusiya qoşunlarının böyük itkiləri olduğunu təsdiqləyib, bu rəqəmin 16 minə çatdığını qeyd edib.
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR