Atlarla Xocavəndə qanunsuz daxil olan şəxslər TUTULDULAR

Atlarla Xocavəndə qanunsuz daxil olan şəxslər TUTULDULAR

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Aktual.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar.
 
Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.
 
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR