Ata 7 yaşlı oğlunu çəkiclə niyə öldürüb? - Təfərrüat

Ata 7 yaşlı oğlunu çəkiclə niyə öldürüb? - Təfərrüat

Sabirabadda atanın 7 yaşlı oğlunu çəkiclə amansızlıqla öldürməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib.

Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR