Aşura günü qan verən bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb

Aşura günü qan verən  bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb

"Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb”.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 122 nəfərdən 81-də hepatit, 38 nəfərdə sifilis, 3 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya (Hepatit B, Hepatit C, HİV və Sifilis) infeksiyasına qarşı yoxlanılır.

Aktual.az
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR