Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşının adı ailə qalmaqalında hallanır.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət iş adamının qardaşı, Moskva prefektinin keçmiş birinci müavini Fazil İsmayılovdan gedir. Belə ki, Fazil İsmayılovun keçmiş gəlini Anna S. Rusiyanın yerli kanallarından birinə danışaraq qayınatasından və həyat yoldaşından şiddət gördüyünü deyib. Anna 16 yaşında Fazil İsmayılovun oğlu Aleksandrla evləndiyini, toydan qısa müddət sonra qadağalar və şiddət gördüyünü bildirib.
Ailənin bu evlilikdən üç uşağı olsa da, xanım 10 il sonra boşanmaq istəyib, lakin qayınatasının və həyat yoldaşının etirazı ilə üzləşib. Xanım bildirib ki, Fazil İsmayılov onun xəbəri olmadan məhkəməyə müraciət edərək illər əvvəl alınan evi onun əlindən alıb. Uzun çəkişmədən sonra boşanmaya nail olan Anna həyat yoldaşı Aleksandrın uşaqları məhkəmədə qoyub qaçdığını deyib: "Boşanmaya görə məhkəməyə gələn Aleksandr iki uşağımı zalda qoyaraq təcili işi olduğunu dedi və getdi. Ortancıl qızımı isə xəstəxanadan götürdüm. Həkimlər mənə zəng etdilər və dedilər ki, Aleksandr qızı yüksək hərarəti olduğuna görə təcili yardım maşınına qoyub və tək başına xəstəxanaya göndərib".
Aktual.az
Xəbər 1416 dəfə oxunub.