Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər

Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər

"Hazırda Azərbaycandakı hotellər özlərinə ulduzu öz rəyləri əsasında təyin edirlər. Buna görə də bəzi qonaqlar şikayət edirlər ki, hotel üçün ödədikləri pula uyğun xidmət ala bilməyiblər".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Prezidenti Martin Kleinmann Assosiasiyanın II Baş Assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, artıq hotellərə ulduzların mərkəzləşdirilmiş qaydada verilməsi lazımdır: "Əcnəbilər 4-5 ulduzlu otel üçün ona görə pul ödəyirlər ki, buraya gələndə ona uyğun xidmət ala bilsinlər. Amma ödədikləri pulla servisin keyfiyyəti uyğun gəlmir. Ona görə də biz bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyirik ki, hotellər öz ulduzlarına uyğun servis təqdim etsinlər".
M.Kleinmann hesab edir ki, ulduzların özbaşına, yəni hotellərin öz rəyləri əsasında verilməsi Bakının, ümumiyyətlə Azərbaycanın bütün turizm sənayesi üçün təhlükə yaradır. Çünki müştərilərin məmnun qalmaması ölkənin turizm xidmətləri ilə bağlı mənfi rəylərin yaranmasına səbəb olur: "Əgər biz hotellərin təsnifatlaşdırılmasını uğurla həyata keçirə bilsək, hotellərin uyğun ulduzları olsa, onda turist digər inkişaf etmiş ölkələrdəki hotellərdə göstərilən xidməti əldə etmiş olacaq. Bu da bizim üstünlüyümüz olacaq".
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR