Artur Rasizadənin danışdığı — Lətifə

Artur Rasizadənin danışdığı   — Lətifə

Qazaxıstan baş nazirinin birinci müavini, bu günlərdə Xəzər dəhlizi ilə beynəlxalq tranzit yükdaşımalara dair məsələləri müzakirə etmək üçün Bakıda səfərdə olan Bakıtjan Saqıntayev bu gün Astanada hökumətin iclasında Azərbaycanın baş naziri Artur Rasizadənin ona danışdığı lətifəni çatdırıb.

Aktual.Az-ın virtualaz.org-a istinadən xəbər verir ki, I vitse-premyer hökumətin iclasında müzakirə olunan mövzudan kənara çıxaraq Azərbaycan baş nazirinin ona danışdığı lətifəni çatdırmaq üçün icazə istəyib.

“Mənim indi yadıma düşdü, bu günlərdə Azərbaycanda və Gürcüstanda ezamiyyətdə idim və Azərbaycanın baş naziri yaxşı lətifə danışdı:

“Seçkilər olur, partiya qalib gəlir, partiyanın lideri gənc adamdır, ümumiyyətlə idarəçiliklə məşğul olmayıb, iqtisadiyyatla məşğul olmayıb, dalğa sayəsində seçkini udublar. Və seçkidən sonra tərəfdaşlarını toplayır və soruşur:

-Bizim ölkəmizdə neft var? Cavab verirlər ki, yoxdur. Qaz var?-yox, Qızıl?-yox. Mis?-yox. Meşə?-yox.

-Onda gedin işləyin!”

B.Saqıntayevin sözlərinə görə, indi Qazaxıstan üçün işləmək vaxtı gəlib çatıb. “Ona görə ki, pul çox olanda subsidiyalar paylayırıq, nəticə isə olmur. Heç kim hesablamır ki, əvəzində nə alırıq. İndi elə vaxt gəlib yetişib ki, minimal pulla yaxşı iş görməliyik, nəticə əldə etməliyik, zəruri olan məhsulu istehsal etməliyik”-, deyə Saqıntayev fikrini yekunlaşdırıb.

 
Aktual.az
Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR