Rusiyanın "Arqumentı i faktı" qəzetində "Azərbaycan parlament seçkilərinə hazırlaşır" adlı məqalə dərc olunub.
Aktual.az-ın Secki-2015.az-a istinadən xəbərinə görə, məqalədə vurğulanır ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Azərbaycan ictimaiyyəti ciddi hazırlaşıb. Ümumilikdə 22 partiyanın mübarizə aparacağı seçkilərdə şəffaflığın təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Yazıda deyilir: "Seçkiləri müşahidə etmək üçün 500-dən artıq beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Digər tərəfdən, barmaq izlərinin yoxlanması da şəffaflığın təmin olunması üçün ən yaxşı vasitədir".
Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf tempinə də diqqət çəkib. Bildirilir ki, 2005-ci ildən etibarən ölkə iqtisadiyyatı 3 dəfə, büdcə isə 15 dəfə artıb. Qlobal iqtisadi böhran neft ölkəsi olan Azərbaycana demək olar ki, təsir etməyib. Azərbaycan böhranla mübarizə üçün ilk növbədə qeyri-neft sektorunu inkişaf etdirdi, xarici investisiyalara üstünlük verdi. Həmçinin münbit biznes mühiti yaradıldı. O cümlədən turizm sektoru, kənd təsərrüfatı sahəsi inkişaf etdirildi.
http://www.aif.ru/politics/world/vybory_nomer_pyat_azerbaydzhan_vyberet_deputatov_parlamenta