Apellyasiya Şurasının - Tərkibi

Apellyasiya Şurasının   - Tərkibi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təsdiqləyib.
Aktual.az-ın ın president.az-a istinadən xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Şuranın sədri

Eldar Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.

Şuranın üzvləri:

Feyruz Mustafayev — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi
Vüsal İsayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin
göstərilməsi məsələləri sektorunun müdiri
Bəhram Məmmədli — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Nəsimi Məmmədov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi
Elturan Babayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Niyaz Əliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Süleyman Qəmbərov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri
Anar Əliyev — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR