Aparıcı qonağını canlı yayımda yandırdı - VİDEO

Aparıcı qonağını canlı yayımda yandırdı - VİDEO
  • DÜNYA

Küveytdə komediya proqramının aparıcısı birbaşa efirdə dəvət etdiyi qonağının üstünə benzin tökərək yandırıb.

Aktual.az  modern.az-a istinadən xəbər verir ki, tanınmış küveytli aparıcı Rajab Jassem şounun əvvəlində qonağını  Instagram-da ən qəribə adam adlandırıb.
 
Bundan sonra qonağı yandıran kimi çəkiliş qrupunun əməkdaşları tez alovu söndürüblər.
YouTube-a yerləşdirilən videoda tamaşaçılara gördüklərini heç bir halda təkrarlamamaq məsləhət görülür. Eyni zamanda qeyd edilir ki, təhlükəsizlik tədbirləri əvvəlcədən görülüb.
 
Aparıcı Rajab əlavə edib ki, qonaq heç bir ağrı hiss etməyib, çünki bədəni müdafiə qatına bürünüb.
Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri aparıcını bu hərəkətinə görə qınayıblar, hətta bu dəhşətli əməli üstündə cəzalandırılmasını da tələb edənlər var.
 
 
Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR